Ana səhifə XəbərlərMədəniyyət Leyla Əliyeva Polad Bülbüloğlunu belə təbrik etdi

Leyla Əliyeva Polad Bülbüloğlunu belə təbrik etdi

admin

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Xalq artisti, professor, millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlunu 80 illik yubileyi münasibətilə təbrik edib.

Leyla Əliyeva Xalq artistinin Heydər Əliyev Sarayında keçirilən yubiley gecəsindən foto paylaşaraq ad günü təbriki yazıb.

Qeyd edək ki, 3 fevral 2025-ci il tarixində Polad Bülbüloğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00