Türkiyəli aktrisa 2016-cı ildə çəkildiyi seriala görə ifadə verdi

Türkiyəli aktrisa Melisa Sözen 2016-cı ildə iştirak etdiyi Fransa istehsalı “Le Bureau des Legends” serialı ilə əlaqədar ifadə verməyə çağırılıb.

Serialın üçüncü mövsümündə PKK/YPG-yə aid olduğu iddia edilən bir formada görünməsi səbəbindən araşdırmalar başlayıb.

Aktrisa “terror təşkilatının təbliğatı” ittihamı ilə verdiyi ifadədə, geyindiyi paltarın belə bir təşkilatı simvolizə etdiyini anlamadığını qeyd edib:
“Filmdə agent obrazını canlandırırdım. Serial Türkiyədə yayımlanmadı. Mən hər zaman ölkəmi və millətimi sevmişəm”.

Melisa Sözenin rol aldığı serialda, o, İŞİD-ə qarşı döyüşən ikili agent obrazını canlandırıb

Related posts

Laçında beynəlxalq incəsənət sərgisi açılıb

Azərbaycanlı rejisor İsveçdə ustad dərsi keçdi

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə Aparat rəhbəri təyin edildi