Zelenski Qərbdən nüvə silahı və hərbi kontingent tələb etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Qərbin Kiyevi NATO-ya qəbul etmədiyi təqdirdə, ölkəsinə nüvə silahı və hərbi kontingent göndərməli olduğunu bildirib.

Britaniyalı jurnalist Pirs Morqana müsahibəsində danışan Zelenski, Ukraynanın təhlükəsizliyini təmin etmək üçün Qərbin daha qətiyyətli addımlar atmalı olduğunu vurğulayıb.

“Bizə nüvə silahlarını geri qaytarın, raket sistemləri verin”, – deyə Ukrayna lideri bildirib.

Onun bu bəyanatı beynəlxalq arenada müzakirələrə səbəb olub və Qərbin Ukraynaya dəstəyi ilə bağlı yeni mübahisələri gündəmə gətirib.

Related posts

Hindistan bizi İsrail silahları ilə vurdu – Şahbaz Şərif

Hindistan Pakistanın suyunu kəsir – müharibə vəziyyəti davam edir

Alman Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇİR – 5000 əsgər YERLƏŞDİRİR