Bakıda 70 minlik dələduzluq: 50 yaşlı qadın saxlanıldı

Bakının Nəsimi rayonunda dələduzluq faktı baş verib.

Nəsimi rayonu ərazisində bir nəfərin dələduzluğa məruz qalması və nəticədə ona 70000 manat maddi zərər vurulması barədə polisə məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 50 yaşlı S.Məmmədova müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Related posts

Qum fırtınası: Bu ölkədə hava limanları bağlandı, minlərlə insan xəstəxanalıq oldu

Binədə marketləri qarət edənlər SAXLANILDI

Azərbaycanda 14 yaşlı qız İTKİN DÜŞDÜ