İran zəifləyib, ona görə də… – Nüvə narahatlığı

Səudiyyə Ərəbistanı ABŞ və İran arasında yeni nüvə sazişinin bağlanmasında vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirib.

Bu barədə Qərb mətbuatı mənbələrinə istinadən yazır.

Qeyd olunur ki, Ər-Riyad İranın proksi güclərinin, xüsusən də “uzun müddətdir ki, İsrailin hücumlarını cilovlayan” HƏMAS və “Hizbullah”ın təsirinin zəifləməsi səbəbindən Tehranın nüvə silahı istehsal etməyə meyillənməsindən narahatdır.

“Səudiyyə Ərəbistanı prezident Trampla yaxın əlaqələrindən istifadə etməklə ümid edir ki, Ağ Evlə İran arasında körpü yarada biləcək”, – məqalədə vurğulanır.

Related posts

83 il əvvəl başlayan tarix – Türkçülük Günü

Güney Azərbaycanın simvolu “Traktor” klubu – ŞƏRƏF DOSYESİ

Pezeşkianın oğlu Bakıya səfərindən yazdı: “Türk dilinin yayılması…”