Pezeşkian tribunada Azərbaycan dilində şeir dedi: bir nəfər ona yaxınlaşdı… – VİDEO

İran Prezidenti Məsud Pezeşkian Təbrizdə Azərbaycan dilində danışması və şeir deməsi ilə gündəmə gəlib.

O, Təbrizdə keçirilən mədəniyyət həftəsinin bağlanış mərasimində belə bir addım atıb.

“Eybi yoxdur, iki dənə Şəhriyardan türkü deyərəm, məni də burada bəzi (millət) vəkillər var, pantürkçü çıxardarlar”, – deyə prezident şeirdən əvvəl zarafat edərək gülüb.

Belə ki, Pezeşkian tribunada Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” şeirini söyləyib. Daha sonra rəsmi şəxslərdən biri ona yaxınlaşaraq nəsə deyib.

Related posts

İran nüvə silahı yaratmağa çox yaxındır – Qrossi

Pezeşkian ABŞ-la danışıqların gedişindən danışdı

“Ermənistan terrora çağırış, yeni müharibə hədələri ilə çıxış edir”- Video