Türkiyədə ardıcıl zəlzələlər: 7 şəhərdə hiss edildi – FOTO

Türkiyənin bəzi ərazilərində bir neçə saat fərqlə zəlzələlər olub.

Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, ilk təkanlar bu gün yerli vaxtla 10:46 və 10:49-da Egey dənizində qeydə alınıb. Zəlzələlər 4.2 və 5 bal gücündə olub. Yeraltı təkanlar yerin 7 km dərinliyinə qeydə alınıb.

Növbəti zəlzələ isə yerli vaxtla saat 13:20-də Ankaranın Yenimahalle ərazisində qeydə alınıb.

3.5 ballıq zəlzələ ocağının isə 11.48 km dərinlikdə olduğu bildirilib.

Məlumata görə, zəlzələ Tunceli, Elazığ, Muş, Bingöl, Erzincan və Malatyada da hiss edilib.

Billurə Yunus

 

Related posts

ABŞ dərhal atəşkəs istəyir: “Əməliyyatlar dayandırılmalıdır”

Hamburqda futbol coşqusu: 44 azarkeş xəsarət aldı

İran uranın zənginləşdirilməsi həcmlərini məhdudlaşdıra bilər