AZAL-ın Tbilisi-Bakı aviareysi gecikir – SƏBƏB

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8230 nömrəli Tbilisi-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəblərdən gecikir.

AZAL-dan  verilən məlumata görə, gecikən reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

Məlumata görə, yaxın saatlarda reysin Bakıya yola düşməsi gözlənilir.

“Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər. AZAL üçün uçuşların təhlükəsizliyi bir nömrəli prioritet olduğunu və yaranmış narahatlığa görə üzrxahlığımızı bildiririk”, – məlumatda qeyd olunur.

Related posts

1700 metr hündürlükdə yerləşən HAVA LİMANI

Kenquru Müsabiqəsinin finalı – Nəticələr bu tarixdə açıqlanacaq

Sabah MİDA yaşayış kompleksinin qazı KƏSİLƏCƏK