Suriyada Əl-Qaidə liderlərindən biri öldürülüb – Tramp

ABŞ hərbçiləri Suriyada “Əl-Qaidə” terror qruplaşmasının liderlərindən birini öldürüb. 

Bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social”da yazıb.

Bildirilib ki, ABŞ qüvvələri Suriyada Əl-Qaidə üzvünə dəqiq hava zərbəsi endirib. “Terrorçu lider bütün regionda Əl-Qaidə ilə işləyirdi”, – o yazıb.

Tramp həmçinin ABŞ Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla və hərbi pilotları uğurlu əməliyyat münasibətilə təbrik edib.

Related posts

“Ermənistan terrora çağırış, yeni müharibə hədələri ilə çıxış edir”- Video

Ermənilər 39 günlük körpəmi qətlə yetirdilər – Zərərçəkmiş

Ukrayna ordusu iki çinlini ƏSİR GÖTÜRDÜ