Azərbaycanda bir neçə sayta, o cümlədən Report İnformasiya Agentliyinə kiberhücum olub. Saytlara giriş mümkünsüzdür. Bunun total kiberhücum olduğu bildirilir.
Report İnformasiya Agentliyinə daxil olduqda xüsusi səhifə açır. Burada Qurandan bir ayə yerləşdirilib: “Həcc surəsi, 39-cu ayə: (Kafirlərin ) vuruşa başladığı insanlara, (o kafirlərlə) (vuruşmağa) icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir”.
Hücumun İran hakerləri tərəfindən edildiyi bildirilir.
Bu, nəyə cavabdır? İran Azərbaycan rəsmilərinin İsrail səfərinə belə cavab verir? Bunu ciddi siyasi mesaj kimi qəbul etmək olarmı?
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız millət vəkili Erkin Qədirlidir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.