Zelenskiyə TƏZYİQ: Daha bir ölkə yardım pullarını GERİ İSTƏYİR

ABŞ-ın ardınca Slovakiya da Ukraynaya yardım üçün xərclənən pulu qaytarmaq istədiyini açıqlayıb.

Bunu baş nazir Robert Fitsonun partiyası ilə koalisiyaya daxil olan Slovakiya Milli Partiyasının lideri Andrey Danko bildirib.

“Zelenski ora göndərdiyimiz üç milyard yarım avronu necə qaytaracaq? Bizim üçün 3,5 milyard avro böyük puldur. Almanlar, fransızlar və amerikalılar pullarını geri tələb etsələr, Slovakiya səssiz qala bilməz”, – o deyib.

Related posts

Zərifə Əliyevanın doğum günüdür

Nərimanovda Zərifə Əliyevanın xatirəsi anıldı – Video

Qırmızı səviyyəli maqnit qasırğası xəbərdarlığı