Azyaşlıya ağır işgəncələr verən anası saxlanıldı

Azyaşlı övladına işgəncə verən ana saxlanılıb.

Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli məlumat verib.

O qeyd edib ki, sosial şəbəkələrdə azyaşlının xəsarətləri əks olunan görüntülər polis tərəfindən araşdırılıb.

Məlumata görə, aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə uşağın sığınacağa yerləşdirilməsi təmin olunub.

Uşağın anası barəsində Cinayət Məcəlləsinin əzab vermə maddəsilə cinayət işi başlanılıb.

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.

Related posts

Qadına qarşı soyğunçuluq edən şəxs tutuldu

Göyçayda 47 yaşlı kişi özünü ASDI

Türkiyədə daha bir zəlzələ olub