Ana səhifə XəbərlərHadisə Baş redaktora və müavininə hökm oxundu

Baş redaktora və müavininə hökm oxundu

admin

“Bizim dövr” qəzetinin, həmçinin Aktualinfo.az saytının baş redaktoru Surxay Əliyev və onunla birgə həbs edilən müavini Hikmət Nəcəflinin barələrində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Surxay Əliyev 7 il 6 ay, Hikmət Nəcəfli isə 8 il müddətə azadlıqdan məhrum edilib. Həmçinin hökmlə onlar 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan da məhrum ediliblər.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Surxay Əliyevin 9 il, Hikmət Nəcəflinin isə 9 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

Qeyd edək ki, baş redaktor və müavini bir müddət əvvəl Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs olunub.
Onlar dələduzluqda və hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilirlər.

Xatırladaq ki, Surxay Əliyev, müavini Hikmət Nəcəfli və “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev hələ bir neçə il bundan əvvəl də eyni ittihamla Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmişdi. Habil Vəliyev də hazırda eyni ittihamlarla həbs olunub. Onun da cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00