545
Azərbaycan hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyini bağlamaq niyyəti haqda bizə məlumat verib.
Bunu BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
O, Azərbaycanın hakimiyyət orqanları dialoqun davam etdiyini deyib: “Bu dialoq bizim konfidensial və ikitərəfli dialoqumuzun bir hissəsidir”.
Qeyd edək ki, Bakı ofisində çalışan xarici vətəndaşlar da ölkəni tərk etməyə çalışır. Onlar qaldıqları mənzillərin sahiblərinə bildiriblər ki, artıq ölkədən gedirlər.