Qızıl Xaç Komitəsinin Azərbaycandakı ofisi BAĞLANIR

Azərbaycan hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyini bağlamaq niyyəti haqda bizə məlumat verib.

Bunu BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

O, Azərbaycanın hakimiyyət orqanları dialoqun davam etdiyini deyib: “Bu dialoq bizim konfidensial və ikitərəfli dialoqumuzun bir hissəsidir”.

Qeyd edək ki, Bakı ofisində çalışan xarici vətəndaşlar da ölkəni tərk etməyə çalışır. Onlar qaldıqları mənzillərin sahiblərinə bildiriblər ki, artıq ölkədən gedirlər.

Related posts

Prezidentdən Cavid Vəliyevlə bağlı SƏRƏNCAM

İran 1941-ci ili yenidən təkrarlayacaq?

Ravvinlər Azərbaycanla bağlı Trampa müraciət ediblər