Ceyhun Bayramov Səudiyyə Ərəbistanına GETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanının Ciddə şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirakı, habelə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Related posts

İran Prezidenti Azərbaycanda səfərdədir

Zərifə Əliyevanın doğum günüdür

Biz davamlı inkişafın təşviqinə daim sadiqik – İlham Əliyev