Ana səhifə XəbərlərGüney İran hökuməti Azərbaycanda bulud səpilməsi layihəsinə başlayır

İran hökuməti Azərbaycanda bulud səpilməsi layihəsinə başlayır

admin

İran hökuməti Şərqi Azərbaycan vilayətində bulud səpilməsi layihəsinə başlayır.

Bunu İranın energetika naziri Abbas Əliabadi Təbrizdə mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu üsul yaranmış su qıtlığı problemini tamamilə həll etməsə də, su ehtiyatlarının idarəsi üsullarından biri kimi təsirli ola bilər. Son illər ölkədə yağıntı miqdarı azalıb, su qıtlığı var.

“Su israfının qarşısını almaq nazirliyin prioritet istiqamətlərindəndir. Bulud səpilməsi texnologiyası bir sıra dövlətlərdə, o cümlədən İranda artıq tətbiq olunur. Bu üsul yaranmış su qıtlığı problemini tamamilə həll etməsə də, su ehtiyatlarının idarəsi üsullarından biri kimi təsirli ola bilər. Qərbi Azərbaycan vilayətində də bu layihə həyata keçiriləcək”, – deyə Abbas Əliabadi əlavə edib.

Nazirin sözlərinə görə, bu üsul Urmiya gölünün yenidən bərpasına da töhfə verə bilər.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00