Ana səhifə XəbərlərCəmiyyət Komitə sədri siniflərin birləşdirilməsinə QARŞI ÇIXDI

Komitə sədri siniflərin birləşdirilməsinə QARŞI ÇIXDI

admin

“Birinci sinifdə bir şagird olsa belə, ona ayrıca müəllim dərs deməlidir”.

Bunu İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, Ombudsmanın məruzəsində önəmli məsələyə toxunulub.

“Bu, təhsillə bağlıdır. Ucar rayonundan misal gətirilib ki, birinci sinifdə şagird sayı 10-dan az olduğuna görə, ikinci siniflə birləşdirilib. Yarı bir, yarı isə ikinci sinif proqramı ilə dərs keçilməsinə etirazını ortaya qoyub. Bu tamamilə məntiqlidir.

Sabah ikinci sinif olmasa, birinci sinifi üçüncü siniflə birləşdirmək lazımdır? Nazirlər Kabinetinin bu istiqamətdə qərarı var. Bu qərara baxılmalıdır. Birinci sinifdə bir şagird olsa belə ona ayrıca müəllim dərs deməlidir. Bu proqramları dəyişmək olmaz. Ölkə həyatında təhsildən önəmli vacib məsələ olmamalıdır”, – deyə deputat qeyd edib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00