Milli İncəsənət Muzeyinin kolleksiyasında yer tutmuş qadın sənətkarlarımızın əsərləri təqdim olunur

8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində Milli İncəsənət Muzeyinin kolleksiyasında Azərbaycan incəsənətində əhəmiyyətli yer tutmuş qadın sənətkarlarımızın əsərləri təqdim edilir.

Həmin xanım sənətkarlardan biri də Qeysər Kaşıyevadır.

Qeyd edək ki, Şərq qadını çox çətin zamanlarda ulduz kimi parlayıb. Müasir düşüncəli, cəsarətli xanım kimi tanınan Qeysər xanım musiqi istedadına da malik olub. 1907–1908-ci illərdə Tiflisdə İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki rəssamlıq məktəbində oxuyan Q.Kaşıyeva ilk peşəkar təhsil almış azərbaycanlı rəssamdır. O, XX əsrin əvvəllərində milli təsviri sənətimizə realizm ənənələrini gətirən rəssamlardandır. Dövrümüzə az sayda əsərləri çatmış Q.Kaşıyevanın qrafik əsərlərinin bir qismi Azərbaycan Milli İncəsənət Muzeyində qorunur. Hazırda “1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı ekspozisiyamızda rəssamın iki portreti nümayiş etdirilir.

Related posts

İğdır şəhər stadionunda Novruz şənliyi təşkil ediləcək

Baharın “Ulduz”u işıq üzü görüb

Braziliyada Azərbaycan rəssamlarının sərgisi açılıb