Modini 8 martda iki mindən çox qadın qoruyacaq

Hindistanın Baş naziri Narendra Modinin iştirak edəcəyi ictimai tədbirin keçiriləcəyi yerin təhlükəsizliyini müstəsna olaraq, qadınlardan ibarət polis dəstələri və təhlükəsizlik xidməti təmin edəcək.

Tədbir 8 Mart – Beynəlxalq Qadınlar Günündə Qucarat ştatında keçiriləcək.

Ştatın daxili işlər naziri Harş Sanqhavi bildirib ki, həmin gün polisin fəaliyyətində yeni mərhələ olacaq:

“Asayişin təmin edilməsinin, tədbirin idarə edilməsinin bütün aspektlərinə iki mindən çox qadın zabit və əməkdaş tərəfindən nəzarət ediləcək”.

Related posts

Bu ölkədə dəhşət: Yol kənarında 9 tələbənin parçalanmış cəsədi tapıldı – FOTO

Bu ölkədə FƏLAKƏT: yüzlərlə insan təxliyə olunur

Argentinada 7 metrlik yeni titanozavr növü kəşf edildi