Ana səhifə XəbərlərMədəniyyət Musiqili Teatr “Molla Nəsrəddinin beş arvadı” komediyası ilə Lənkəranda çıxış edib

Musiqili Teatr “Molla Nəsrəddinin beş arvadı” komediyası ilə Lənkəranda çıxış edib

admin

Mədəniyyət Nazirliyinin regionlarda qastrol səfərlərinin təşkil edilməsi barədə əmrinə əsasən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti Lənkəranda olub.

Teatrdan  bildirilib ki, yaradıcı heyət məşhur özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” komediyasını uğurla nümayiş etdirib.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur. Səhnə əsəri Türk dünyasının kamillik, müdriklik simvolu olan Molla Nəsrəddinin beş arvadı ilə macəralarından bəhs edir. Gülüş dolu tamaşada rolları Əməkdar artistlər Əkbər Əlizadə, İqrar Salamov, aktyorlar Gülcahan Salamova, Ülviyyə Əliyeva, Gülnarə Abdullayeva, Gülnarə Əzizova, Türkel Tariqpeyma, Əliməmməd Novruzov, Fərid Rzayev, Ruslan Mürsəlov ifa ediblər.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00