Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri onlayn keçirilən “GOLDEN TIME TALENT” beynəlxalq müsabiqəsində uğurla çıxış ediblər.
Münsiflər heyətinin qərarına əsasən 11-14 yaş kateqoriyası üzrə duet nominasiyasında məktəbin fortepiano ixtisası üzrə təhsil alan şagirdləri Nüşabə Əlizadə və Fərhad Nağızadə (müəllim: Ləman Əhədova) 1-ci yerə layiq görülüblər.
Qeyd edək ki, müsabiqədə dünyanın 22 ölkəsindən uşaqlar iştirak ediblər. Münsiflər heyəti Türkiyə, İngiltərə, Ukrayna və ABŞ-ın görkəmli musiqiçilərindən ibarət olub.