Suriyada “Hərbi Azadlıq Şurası” yaradıldı

Suriyada yerli sakinlər və keçmiş hərbçilərin dəstəyi ilə “Suriya Azadlıq Hərbi Şurası” adlı silahlı təşkilat yaradılıb.

Yeni qurum ölkənin tam azad edilməsi və vahid suveren dövlətin bərqərar olunmasını əsas məqsədlər kimi müəyyən edib.

Təşkilatın qarşıya qoyduğu əsas vəzifələr bunlardır:

Suriya ərazisinin işğalçılardan və terrorçu qüvvələrdən azad edilməsi
HTŞ rejiminin devrilməsi və onun repressiv aparatının ləğvi
Bütün suriyalıların həyat və mülkiyyət hüquqlarının qorunması
Dövlət institutlarının milli və demokratik əsaslarla bərpası
Qaçqınların geri dönüşü üçün hazırlıq işlərinin aparılması
Birləşmiş və suveren dövlətin yaradılması

Yeni hərbi qurum Suriyada mövcud siyasi və hərbi vəziyyətə ciddi təsir göstərə biləcək qüvvə kimi dəyərləndirilir.

Related posts

Bu ölkədə FƏLAKƏT: yüzlərlə insan təxliyə olunur

Argentinada 7 metrlik yeni titanozavr növü kəşf edildi

Yeni proqram beyin xəritələndirilməsini sürətləndirir