Ana səhifə XəbərlərGüney İran 1941-ci ili yenidən təkrarlayacaq?

İran 1941-ci ili yenidən təkrarlayacaq?

admin

Qəribədir. Bəlkə də çox məntiqli. Superguclər – ABŞ və Rusiya, Kiyevlə məsləhətləşmədən Ukraynanı bölüşürlər. İranı da oxşarcasına, Tehrandan rəy soruşmadan bölüşürlər. Ssenari əvvəlkidir, köhnədir. Qədimdir. Həmişəkidir. Vaxtilə Polşanı XVIII əsrdə, XX əsrdə bu cür parçalayıblar. İran oxşar ssenarini 1941-ci ildə, Rza şah dövründə yaşayıb. Şimalına sovet ordu hissələri yeridilib. Güneyinə anqloamerikan ordu birlikləri. Paralellər, ssenari… Bəli, çox köhnədir. Əvvəlkidir. Həmişəkidir.
İran Şahənşahı Rza şah Pəhləvi

İndi, gəlin, bu xronologiyanın, ssenarinin ən müasir redaktəsini izləyək.

1. Fevralın 12-də Donald Tramp Putinə uzun fasilədən sonra öz ilk telefon zəngini vurur. Arada xahiş edir ki, Moskva İran-ABŞ münasibətlərində “yengəlik” etsin.

Əvvəl oxşar missiyanı Cenevrə, İsveçrə realLaşdırırdı. “Hizbullah”, “Sepah” kimi qurumların qara kassası,00 diplomatik, casus trafiki məhz İsveçrə marşrutundan keçsə də… Şeyx Nəsrullahın qətlindən sonra bu oturuşmuş köhnə vasitəçilk kanalında “qısaqapanma” baş tutdu. Yeni vasitəçi namizəd kimi… Rusiya göstərildi.

Bu, İsrail ilə ABŞ-ın birgə xahişi idi. Putin-Netanyahu-Tramp triumviratı, bax, bu cür formalaşdı.

2. Fevralın 18-də Ər-Riad danışıqları vaxtı mövzu öz real məzmunu alır. Danışıqlar ikimasalı idi. Ər-Riad dialoqu Tehrandakı “Xəzəryanı ölkələr sammiti” ilə tam sinxrondur.

Moskva bir-ki saatlıq gecikmə ilə Tehranı danışqıarın tam qapalı məzmunu ilə ilə tanış edirdi.

Yəni, əslində danışıqlar heç iki də yox… Üçmasalı idi.

Bir-iki saatlıq gecikmənin də izahı var – Moskva ilə Vaşinqton bu vaxt ərzində Netanyahu ilə məsləhətləşirdilər.

İran tərəfdən masa arxasında kimdir? Cavad Zərif başda olmaqla İran liberalları? Yoxsa İran konservatorları?

Məsud Pezeşkianın vitse-prezidenti, “Strateji məsələlər üzrə baş memar” Cavad Zərif, sözsüz, bu danışıqlardan kənarda saxlanılıb. Zərifə İranda “zəif halqa” kimi baxırlar.

Cavad Zərif

3. Zərif bu etimadsızlığa öz cavabını geçikdirməyib. Növbəti istefasını bildirib. Səbəbkarı göstərib – İran kəşfiyyatı “Eteelat”ın sabiq rəhbəri Qulamhüseyn Möhseni Əcai. Sonra “Məhəmməd Fəzili” “youtube” kanalına verdiyi müsahibəsində mövzunu azca genişləndirib: “Mən Zelenskini, İran isə Ukraynanı xatırladır”.

Diplomatik danışıqlarda qanundur – masada bir yox…İki dosye olar adətən.

ABŞ-Rusiya danışıqlarında Ukrayna mövzusu İran dosyesi ilə sığortalanır. Tənzimlənir. Tərəzinin bir gözündə Tehrandır, digərində Kiyev. İran bu ikili oyuna qarşı öz tərəzisini qurub. Tehran ABŞ-la dialoqunu təkcə Moskvaya tapşırmır. Qətərə, Məhəmməd əl-Taniyə də tapşırır. Vaşinqton da Tehrana birnüsxəli məktub  göndərmir. İki nüsxədə məktub göndərir. Biri Qətərdən gəlir. İran liberallarının, Cavad Zərifin ünvanına. Digəri, İran konservatorlarının ünvanına. Yəni, Qulamhüseyn Möhsen Əcainin dəftərxanasına. Yəni, Vaşinqtonla Moskvanın ikimasalı-üçmasalı söhbətinə Tehran da oxşar, adekvat cavab, iki format formalaşdırıb. Bu səbəbdən Cavad Zərif İranın heç də zəif halqası deyil. Vacib halqasıdır deyərdim hətta.

İran konservatorları Moskva-Vaşinqtonla Qulamhüseyn Möhsen Əcai vasitəsi ilə danışırlar. Bu xətt qələbə çalsa, İranın gələcək hakimi, dini rəhbəri məhz Qulamhüseyn Möhsen Əcai olacaq. Cavad Zərif öz istefa ərizəsində bu şəxsin adını elə-belə hallandırmayıb.

Xamenei və Əcai

İranla Amerika, 1941-ci ildəki kimi, İranı bölüşdürməyə hazırlaşırlar.

Xameneinin varisi mövzusu, sözsüz, indidən müzakirəyə çıxarılmalıdır.

Barəsində kompromat çantasının olması Əcainin şanslarını xeyli artırır.

Qulamhüseyn Möhsen Əcai

Kompromat  çantası, bəlkə də çamadanı isə çoxdan Qərbdə, Kanada məhkəməsindədir.

Huşəng Buzari – İranın sabiq neft nazirinin müavini məhkəməyə verdiyi ifadələrində Əcaini korrupsiyada ittiham edib. Sənədlərlə sübut edib ki, Tehran məhbəslərindən çıxmaqdan ötrü Əcaiyə 3 milyon dollar rüşvət verib.

Huşəng Buzari

Qısası, “qara keys” hazırdır. Elə namizəd də.

Trampın Xameneiyə göndərdiyi iki fəqrli məktubun təxmini məzmunu mənə artıq aydındır. Sizə də aydın olsun.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00