82
İsfahanda fermerlər su qıtlığına görə etiraz edirlər
İsfahan şəhərində fermerlər su kvotasından istifadə edə bilmədikləri üçün kütləvi etiraz aksiyası keçiriblər. Onlar traktorlarını yollara çıxararaq hökumətin bu məsələyə laqeyd münasibətini pisləyiblər.
Fermerlər uzun müddətdir su qıtlığı problemi ilə üzləşir və bununla bağlı aidiyyəti qurumlara müraciətlər etsələr də, heç bir nəticə əldə etməyiblər. Etirazçılar hökumətdən su paylanmasının ədalətli şəkildə aparılmasını və onların tələblərinin yerinə yetirilməsini tələb edirlər.
Qeyd edək ki, İranda su problemi son illər daha da kəskinləşib və bir çox bölgədə kənd təsərrüfatı ciddi çətinliklərlə üzləşir.