İranda Kəşfiyyat İdarəsinin rəis müavini qətlə yetirildi

İranda Kəşfiyyat İdarəsinin rəis müavini qətlə yetirilib.

İranın Sib və Suran şəhərində ETTELAAT (Təhlükəsizlik Kəşfiyyat) İdarəsinin rəis müavini naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb.

Məlumatı Haalvsh Telegram kanalı yayıb. Bildirilir ki, qətlə görə məsuliyyəti İran hökumətinə müxalif olan Ceyşül-Ədl silahlı qruplaşması üzərinə götürüb.

Musavat.com xəbər verir ki, hadisənin təfərrüatları barədə hələlik rəsmi açıqlama verilməyib. Xatırladaq ki, son dövrlərdə İranın Sistan-Bəlucistan vilayətində hökumət rəsmilərinə qarşı hücumların sayı artıb.

Related posts

İran 1941-ci ili yenidən təkrarlayacaq?

Bu ölkədə FƏLAKƏT: yüzlərlə insan təxliyə olunur

Kanadada həmyerlimizin kafesi qarət olundu