Bu münasibətlə sənət adamları və ailə üzvləri müğənninin məzarını ziyarət ediblər.
Həmin görüntüləri Əməkdar artist Babək Niftəliyev paylaşaraq “Böyük sənətkarımız, ustadım, “Şərəf”, “Şöhrət” ordenli Canəli Əkbərovun doğum günüdür. Ailə üzvləri, tələbələri və ziyalı şəxslərlə birlikdə məzarını ziyarət etdik” sözlərini yazıb.
Qeyd edək ki, C.Əkbərov 2021-ci ildə vəfat edib. (Axşam.az)