İdxal olunan nektarin və şaftalı tinglərində virus aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
“Faktla bağlı 18 min ədəd nektarin, 18 240 ədəd şaftalı tinginin gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Hazırda qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməkdədir.
Qeyd edək ki, “şarka” virusu meyvə ağaclarında, xüsusilə nektarin, şaftalı, gavalı və albalıda ciddi xəstəliklərə səbəb olur. Virus bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır”, – məlumatda qeyd olunub.