Beynəlxalq Muğam Mərkəzində “Muğamat axşamı” adlı konsert təşkil olunub

Beynəlxalq Muğam Mərkəzində (BMM) “Muğamat axşamı” adlı növbəti konsert proqramı keçirilib.

BMM-dən  bildirilib ki, konsertdə solistlər Nisbət Sədrayeva, Hüseyn Məlikov, Könül Xəlilzadə, Vəliş Mirzəyev, Vüsal Qasımov və Mirəli Mirizadə muğamlar və təsniflər təqdim ediblər.

İfaçıları BMM-nin solisti Rüstəm Müslümovun (tar) rəhbərliyi ilə instrumental ansambl – Əməkdar artist Toğrul Əsədullayev (kamança), Məhta Məhəmmədəlizadə (qanun), Rafael Əsgərov (balaban), Amil Mustafayev (nağara) və Xəyyam Cabbarlı (ud) müşayiət ediblər.

Layihənin məqsədi əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmiş muğam sənətimizi gələcək nəsillərə təqdim etməkdir.

Related posts

İğdır şəhər stadionunda Novruz şənliyi təşkil ediləcək

Baharın “Ulduz”u işıq üzü görüb

Braziliyada Azərbaycan rəssamlarının sərgisi açılıb