Meksikada şose kənarında 9 tələbənin parçalanmış cəsədləri tapılıb.
Keçmiş merliyə namizəd və dəstə üzvü Xose “El Jocha” Lavarieqa tələbələri Oaxaka bölgəsinə dəvət edib. Dəstə başçısı onlara kiçik miqyaslı cinayətlər törətməyə icazə verib.
Qəzetə danışan mənbə bildirib ki, cinayət əməli Oaxaka bölgəsindəki soyğunçuluqdan sonra adı çəkilən ərazidəki dəstə üzvləri tərəfindən qisas məqsədilə törədilmiş ola bilər.
“El Financiero” qəzeti xəbər verir ki, yaşları 19-30 arasında olan 4 qadın və 5 kişi güllələnib və işgəncələrə məruz qalıb.
“Periodico Central” isə yazır ki, hadisə yerində 8 cüt insan əli olan çanta da tapılıb.
Dəstə lideri Lavarieqa bazar günü Oaxakada öz avtomobilində güllələnmiş halda tapılıb. Meyitin yanında “Oğru olmağın cəzası budur” yazılmış bir qeyd də olub.
Faktla bağlı araşdırma aparılır.