121
Bayram namazı mart ayının 30-da qılınacaq.
Bunu “trend.az”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.
O qeyd edib ki, adət üzrə namaz hər il eyni vaxtlarda olur.
“Bayram namazı bəzi məscidlərdə 08:00, 09:00-da qılına bilər. Hələlik fərq yoxdur. Qafqaz Müsəlmanları İdarəsi əmr yox, tövsiyə verir”, – deyə F.Nurullayev qeyd edib.