3 gündür itkin düşən Camalın meyiti dağda tapıldı: Ağacdan asılı vəziyyətdə olub

Oğuzda üç gün əvvəl itkin düşən şəxsin asılmış meyiti tapılıb.

Hadisə bu gün səhər saatlarında rayonun Muxas kəndinin inzibati ərazisində dağlıq ərazidə qeydə alınıb.

32 yaşlı Camal Maarif oğlu Əkbərovun meyiti ağacdan asılı vəziyyətdə aşkar olunub. Camal Əkbərovun üç gün əvvəl evdən çıxaraq geri qayıtmadığı bildirilir.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Related posts

Salman Rüşdinin gözünü çıxarana cəza verildi

Məşhur “Chailab” restoranı 20 min cərimələnib – Aşpaz köməkçisi şikayət edib

İmişlidə dəhşət: məktəbli qızın meyiti tapıldı