Almaniyalı klavesin və orqan ifaçısı Leonard Şik ilk dəfə Azərbaycanda çıxış edəcək

Tanınmış almaniyalı klavesin və orqan ifaçısı Leonard Şik ilk dəfə olaraq martın 27-28-də Azərbaycanda Kamera və Orqan Musiqisi Zalında çıxış edəcək. Onun martın 24-də “Barokko dövrünün ifaçılıq ənənələri” mövzusunda ustad dərsi də olacaq.

Bu barədə  Azərbaycan Dövlət Akademik Filarmoniyasından məlumat verilib. Bildirilib ki, Leonard Şik orqanologiya ilə maraqlanır və İ.S.Baxın klavesinləri haqqında araşdırmalar aparır. O, İsveçrə, Almaniya, Fransa, Niderland, İtaliya, Venesiya, Portuqaliya, Belçika, Sloveniya və Finlandiyada konsertlər verib, eyni zamanda, Venesiya Konservatoriyasında ustad dərsləri keçib. Uzun illər B.Erben, R.Alpermann, G.Kallveit və S.Mayın rəhbərliyi ilə Alman Gənclər Orkestrində iştirak edib.

Related posts

Xalq şairi Rəsul Rzanın məzarı ziyarət olunub

“Aşıq dastanları”nın 3-cü cildi işıq üzü görüb

Bu gün Ümumdünya Gülüş Günüdür