Bağdaddan İranla bağlı iddiaya təkzib: “Qadağan etmişik”

Yəməndəki “Ənsarallah” Hərəkatının (husilər) silahlılarına İraqdakı düşərgələrdə təlim verilmir.

Bu barədə İraqın Media Təhlükəsizliyi Şəbəkəsi məlumat yayıb.

Bəyanatda ABŞ-nin media qurumlarının yaydığı xəbərlərin tamamilə əsassız olduğu vurğulanıb:

“İraq təhlükəsizlik qüvvələri ölkə sərhədlərinə ciddi nəzarət edir və hər hansı xarici qruplaşmanın ölkə ərazilərindən hərbi və ya təlim məqsədləri üçün istifadə etməsi qəti şəkildə qadağandır”.

Xatırladaq ki, ABŞ-nin “Foreign Policy” nəşri İranın İraqdakı “Həşd əş-Şabi” qruplaşmasının husilərə dəstək və təlim verdiyi barədə məlumat yayıb.

Materialda husilərin İraqın Diyalə əyalətinin Xalis rayonundakı “Həşd əş-Şabi” düşərgəsində PUA və partlayıcı qurğularla bağlı xüsusi təlim keçdiyi bildirilib. Nəşr husilərin İraqın paytaxtı Bağdad, Kərkük və ölkənin cənubda ofislərinin olduğu qeyd edilib.

Məqalədə hər iki qruplaşmanın İrandan maddi-texniki təminatla təchiz olunduğu vurğulanıb.

Related posts

Şolts ABŞ liderinə xəbərdarlıq edib: Aİ vahid cəbhə ilə cavab verməyə hazırdır

Livan İsraili atəşə tutan silahlıları həbs etdi

İlon Mask və “Tesla”ya qarşı ETİRAZLAR