Hər şey yenidən başlayır: İsrail Qəzzada dəhşətli quru əməliyyatına start verdi

İsrail Qəzza zolağında genişmiqyaslı quru əməliyyatı planlaşdırır.

Məlumatı Wall Street Journal (WSJ) mənbələrə istinadən yayıb.

Nəşrin yazdığına görə, İsrail rəhbərliyi hesab edir ki, Fələstin anklavının əhəmiyyətli hissəsinin ələ keçirilməsi və saxlanması ona radikal HƏMAS hərəkatı üzərində yekun qələbəyə nail olmağa imkan verəcək. İsrailin baş naziri Benyamin Netanyahu və onun yaxın ətrafı hesab edir ki, Amerikanın yeni administrasiyasının dəstəyi və Livanda şiə Hizbullah təşkilatının zəifləməsi ilə İsrail ordusu bu cür hərbi əməliyyatlar keçirmək üçün kifayət qədər imkanlara malikdir.

Eyni zamanda HƏMAS üzərində yekun qələbəyə nail olmaq üçün İsrail hərəkatın yeraltı tunellər sistemini və digər infrastruktur obyektlərini tamamilə məhv etməli olacaq ki, bu da bir neçə ay, hətta illərlə çəkə bilər. Netanyahunun yeni strategiyasının əleyhdarları hesab edirlər ki, münaqişənin siyasi həlli olmadan radikal təşkilatı sıradan çıxarmaq sadəcə mümkün olmayacaq.

Related posts

Şolts ABŞ liderinə xəbərdarlıq edib: Aİ vahid cəbhə ilə cavab verməyə hazırdır

Livan İsraili atəşə tutan silahlıları həbs etdi

İlon Mask və “Tesla”ya qarşı ETİRAZLAR