Ana səhifə XəbərlərHadisə “Aldığım pulları borclarıma vermişəm”- Hərbi formada dələduzluq edib

“Aldığım pulları borclarıma vermişəm”- Hərbi formada dələduzluq edib

admin

Borclarını qaytarmaq üçün 3 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. O, daha əvvəl Müdafiə Nazirliyində xidmət edib.

35 yaşlı Fərid Şirinov dələduzluqda ittiham olunaraq həbs edilib. Onun əməllərindən 3 nəfər zərərçəkmiş şəxs var.

Fərid əvvəlcə əsgər yoldaşı Nicatı 13 min manat müqabilində Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon şöbəsində işə düzəldəcəyini deyib. Lakin vədinə əməl etməyib, bunun üçün heç bir addım da atmayıb. Dediyinə görə aldığı pulu borclarını qaytarmağa sərf edib.

Pulu alarkən Nicatla aralarında notariusda borc müqaviləsi də bağlanıb. Sonradan pulun 4 min manatını qaytarıb.

Başqa bir tanışı Maliki hərbi polisə zabit kimi işə düzəldəcəyini deyərək 7 min manat alıb.

Rəşad adlı tanışından isə gözündə zəiflik olan oğlunu hərbi xidmətdən saxlatdırmaq üçün 2 min manat alaraq onu aldadıb.

Fərid Şirinov aldığı pulların hamısını əvvəlki borclarına ödədiyini deyərək əməlindən peşman olduğunu bildirib.

Zərərçəkmiş şəxslər deyib ki, Fərid onlara Müdafiə Nazirliyində yüksək vəzifədə olan şəxslərlə yaxın əlaqələrinin olduğunu deyib. Onların Fəridə inanmaqlarının səbəblərindən biri də onun hərbi formada olması olub.

Fərid bir neçə il Gəncədə yerləşən hərbi hissələrdən birində xidmətdə olub. Sonra Müdafiə Nazirliyi sıralarından kənarlaşdırılıb.

Onun barəsində dələduzluq ittihamı ilə hökm çıxarılıb. Fərid Şirinov 3 il müddətinə azadlıqdanməhrum edilib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00