Qazaxıstanda zəlzələ – hökumət hərəkətə keçdi

Qazaxıstanda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 15,9 min nəfərin yaşadığı Merke kəndindən 23 km cənub-qərbdə, zəlzələ ocağı 8 km dərinlikdə yerləşib.

Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi (FHN) Almatı da daxil olmaqla respublikanın cənubunda bir sıra şəhər və kəndlərə təsir etmiş zəlzələ ilə əlaqədar seysmik vəziyyətə nəzarət üçün operativ qərargah yaradıb.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Related posts

Hakan Fidan Fransaya gedir

İmran Xan Nobel Sülh Mükafatına namizəd göstərildi

Ermənistanda zəlzələ oldu