Tramp iftar süfrəsində

ABŞ Prezidenti Donald Tramp Ağ evdə ənənəvi iftar süfrəsinə qatılıb.

O, çıxışı zamanı 2024-cü il prezident seçkilərindəki dəstəyə görə amerikalı müsəlmanlara təşəkkür edib.

Tramp bildirib ki, administrasiyası müsəlman icmasına verdiyi sözü tutur: “Mənim administrasiyam Abraham razılaşmalarına əsasən Yaxın Şərqdə davamlı sülh yaratmaq üçün amansız diplomatiya ilə məşğuldur. Hər kəs bunun qeyri-mümkün olduğunu söyləyirdi. İndi biz onları icra etməyə başlayacağıq”,- deyə Tramp bildirib.

O yeganə istəyinin sülh olduğunu əlavə edib.

Related posts

Hakan Fidan Fransaya gedir

İmran Xan Nobel Sülh Mükafatına namizəd göstərildi

Paşinyan bu müsəlman dövlətlərinin başçılarını təbrik etdi – SİYAHI