Ana səhifə XəbərlərDünya Tramp üçüncü dəfə prezident olmaq istəyir

Tramp üçüncü dəfə prezident olmaq istəyir

admin

ABŞ Prezidenti Donald Tramp üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürəcəyini istisna etmir.

Bu barədə o, “NBC News”a müsahibəsində deyib.

ABŞ Konstitusiyasına 22-ci düzəliş iki dəfə prezidentlik etmiş şəxslərin Ağ Evə namizədliyini irəli sürməyi qadağan edir. Düzəliş 1944-cü ildə Franklin Ruzvelt dördüncü müddətə seçildikdən sonra qəbul edilib.

“Bir çox insan bunu etməyimi istəyir. Amma mən onlara deyirəm ki, hələ çox uzun yolumuz var, bilirsiniz ki, bu, administrasiyanın başlanğıcıdır”, – deyə Tramp bildirib.

Qadağaya baxmayaraq, Donald Tramp bundan yan keçə biləcəyinə əmindir. O, konstitusiya qadağasından yan keçməyin “yollarının” olduğunu deyib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00