ABŞ Prezidenti Donald Tramp üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürəcəyini istisna etmir.
Bu barədə o, “NBC News”a müsahibəsində deyib.
ABŞ Konstitusiyasına 22-ci düzəliş iki dəfə prezidentlik etmiş şəxslərin Ağ Evə namizədliyini irəli sürməyi qadağan edir. Düzəliş 1944-cü ildə Franklin Ruzvelt dördüncü müddətə seçildikdən sonra qəbul edilib.
“Bir çox insan bunu etməyimi istəyir. Amma mən onlara deyirəm ki, hələ çox uzun yolumuz var, bilirsiniz ki, bu, administrasiyanın başlanğıcıdır”, – deyə Tramp bildirib.
Qadağaya baxmayaraq, Donald Tramp bundan yan keçə biləcəyinə əmindir. O, konstitusiya qadağasından yan keçməyin “yollarının” olduğunu deyib.