Ana səhifə XəbərlərGüney İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul etdi

İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul etdi

admin

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqini qəbul edib.

Prezident İlham Əliyev son dövrlərdə Azərbaycanın və İranın yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensiv xarakter daşımasını məmnunluqla qeyd edərək, bunun ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə və ikitərəfli əməkdaşlığımızın daha da inkişaf etdirilməsinə yaxşı imkan yaratdığını dedi.

Dövlət başçısı Fərzanə Sadiqinin Azərbaycana səfəri çərçivəsində Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının iclasının keçirilməsini müsbət qiymətləndirdi və Komissiyanın gündəliyində iqtisadi-ticari, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün vacib layihələrin olduğunu qeyd etdi.

Qonaq ilk növbədə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlət başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamları İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.

İranın Azərbaycanla münasibətləri bütün sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu deyən Fərzanə Sadiqi xalqların tarixi, mədəni, dini və qohumluq əlaqələrinin olduğunu bir daha vurğuladı.

Qonaq qeyd etdi ki, İran Prezidentinin Azərbaycana planlaşdırılan səfəri öncəsi Hökumətlərarası Birgə Komissiyanın iclasının keçirilməsi gündəlikdə duran vacib məsələlərin müzakirəsi baxımından olduqca əhəmiyyətlidir.

Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi layihəsi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqini qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00