421
Ukrayna ordusu Rusiya tərəfində vuruşan iki Çin vətəndaşını əsir götürüb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
O, “Telegram” kanalında əsir götürülmüş Çin vətəndaşının görüntülərini yayıb.
Zelenskinin sözlərinə görə, Çin vətəndaşları Donetsk vilayətinin ərazisində əsir götürülüblər. Onlardan sənədləri və bank kartları götürülüb.
Əsir götürülmüş Çin vətəndaşları Ukrayna Təhlükəsizlik Xidmətindədirlər.
“Mən Ukraynanın xarici işlər nazirinə dərhal Pekinlə əlaqə saxlamağı və Çinin buna necə reaksiya verəcəyini öyrənməyi tapşırmışam”, – Zelenski əlavə edib.