ABŞ Çinə 104 % rüsum tətbiq edəcək

Aprelin 9-dan ABŞ Çin məhsullarına 104 % gömrük rüsumunu tətbiq etməyə başlayacaq.

Bu barədə Ağ evə istinadən “Fox Business”ın jurnalisti Edvard Lourens məlumat verib.

“Ağ evin mətbuat katibi bildirib ki, əlavə 104 faizlik tariflər Şərq sahili vaxtı ilə günorta saatlarında (Bakı vaxtı ilə 20:00 – red.) qüvvəyə minib. Çünki Çin cavab tariflərini aradan qaldırmayıb”, – o, X sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Pekinin ABŞ tariflərinə cavab tədbirlərindən əl çəkməyəcəyi təqdirdə, aprelin 9-dan Çindən gələn mallara 50 % əlavə rüsum tətbiq edəcəyi ilə hədələyib.

Aprelin 2-də Tramp 185 ölkə və ərazidən gələn məhsullara rüsumların tətbiq ediləcəyini açıqlayıb. Çinə gəldikdə isə ABŞ tarifləri 34 % səviyyəsində müəyyən edilib. Buna cavab olaraq Pekin aprelin 10-dan etibarən ABŞ-dan idxal edilən bütün məhsullara 34 % əlavə rüsum tətbiq edəcəklərini açıqlayıb.

Related posts

Çin bir qərarı ilə ABŞ-ni iflic vəziyyətə saldı

“Ermənistan terrora çağırış, yeni müharibə hədələri ilə çıxış edir”- Video

Qum fırtınası: Bu ölkədə hava limanları bağlandı, minlərlə insan xəstəxanalıq oldu