Bu ərazilər Azərbaycanın nəzarətinə keçir

Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən sərhədin demarkasiya və delimitasiya prosesinin davam etdirilməsi üçün hazırlıq başlayıb.

Tavuş vilayətinin Açarkut kənd icmasının keçmiş üzvü Karen Qazaryan bəzi ərazilərin minalardan təmizləndiyini və çıxarılan qurğuların partladılacağını bildirib.

Qazaryan Tavuşda üç kəndin Azərbaycana təhvili üçün hazırlıq görüldüyünü deyib:

“Yeni güzəştlər üçün demək olar ki, hər şey hazırdır. Bu gün səhər saatlarından etibarən İcevan icmasının tərkibinə daxil olan Azatamut-Kayanavan-Aygehovit kəndləri ərazisində basdırılan minalar çıxarılıb, artıq onların partladılması üzrə işlər görülür. SSRİ dövründə azərbaycanlıların məskunlaşdığı Yuxarı Voskepar (Yuxarı Əskipara-red.) adlanan ərazi təhvil veriləcək. Bununla da Lori bölgəsi sərhədə çevriləcək, Açarkut kəndi isə üçtərəfli şəkildə Azərbaycan əraziləri ilə əhatə olunacaq. Prosesin davamında Sofulu və Bərxudarlı adlanan kəndlər də təslim ediləcək. Nəticədə Gürcüstan-Ermənistan dövlətlərarası avtomobil yolunun 70%-lik hissəsi Azərbaycanın nəzarətinə keçmiş olacaq”.

Related posts

“Ermənistan terrora çağırış, yeni müharibə hədələri ilə çıxış edir”- Video

Ermənistan sərhədə ordu yığır – İrəvan müharibə hazırlığı içində

Rəsmi Bakıdan Fransaya ŞİLLƏ KİMİ cavab: Rədd edirik!