Ana səhifə XəbərlərDünya Ukrayna ABŞ ilə razılaşmaya dair öz mövqeyini hazırlayıb 

Ukrayna ABŞ ilə razılaşmaya dair öz mövqeyini hazırlayıb 

admin

Ukrayna artıq nadir torpaq metalları üzrə ABŞ ilə razılaşmaya dair öz mövqeyini hazırlayıb və danışıqlar üçün Vaşinqtona gedəcək qrup yaradır.

Bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa “Ukrinform”a şərhində bildirib.

“Ukrayna tərəfi, nəhayət, danışıqlar qrupunun tərkibini təsdiq edəcək, o, tezliklə ABŞ-nin təklif etdiyi sazişin mətninin əsaslı müzakirəsi üçün Vaşinqtona yola düşəcək. Biz artıq öz mövqeyimizi, eləcə də gələcək sazişin mətni ilə bağlı baxışımızı işləyib hazırlamışıq”, – o deyib.

Nazir vurğulayıb ki, gələcək saziş qarşılıqlı faydalı olmalı, hər iki tərəfin maraqlarına cavab verməli, Ukraynanın Avropaya inteqrasiya kursuna zidd olmamalıdır: “Bu, Ukrayna tərəfi üçün fundamental mövqelərdən biridir”.

Sibiha həmçinin danışıqlar prosesini müşayiət etmək üçün aparıcı hüquq firmalarından birinin seçiləcəyini təsdiqləyib.

Onun sözlərinə görə, Vaşinqtona gedəcək nümayəndə heyətinə Ukrayna XİN-in nümayəndəsi də daxil olacaq.

Xatırladaq ki, fevral ayında Ukrayna və ABŞ nadir torpaq metallarına dair sazişi müzakirə etməyə başlayıblar. O vaxtdan bəri hər iki tərəf həm Kiyevə, həm də Vaşinqtona uyğun şərtlər üzərində işləyir.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00