262
Bakı Mühəndislik Universitetinin nəzdində yeni institut yaradılıb.
Rəhbəri Orucov Şahin Əlibala oğlu olan institut “Tədqiqat və Layihə İnstitutu” MMC adı altında fəaliyyət göstərəcək.
BMU-nun bu institutu üçün nizamnamə kapitalı da müəyyən edilib. Belə ki, bu institut 300 manat kapitalla yaradılıb. Binası isə elə Bakı Mühəndislik Universitetinin ərazisində yerləşir.
Qeyd edək ki, Bakı Mühəndislik Universiteti 8 noyabr 2016-cı il tarixində, ləğv olunmuş Qafqaz Universitetinin bazasında yaradılıb. Universitetin hal-hazırda rektoru Yaqub Piriyevdir. O, 2023-cü ildə bu vəzifəyə təyin edilib.