Ana səhifə XəbərlərCəmiyyət Bu zəngləri açan kimi kartda olan vəsaitiniz OĞURLANA BİLƏR

Bu zəngləri açan kimi kartda olan vəsaitiniz OĞURLANA BİLƏR

admin

Son günlər kiberdələduzluğun yeni formasının meydana gəlməsinə dair məlumat yayılıb. İddiaya görə, xarici nömrədən gələn zəngə cavab verilməsi ilə kart hesablarındakı pul dələduzlar tərəfindən çəkilir. Bu, təşvişə səbəb olub.

Məsələ ilə bağlı Axar.az-a danışan İTK mütəxəssisi Vahid Qasımov bildirib ki, hansısa nömrədən gələn zəngi açmaq kart məlumatlarının ələ keçirilməsi üçün kifayət deyil.

O qeyd edib ki, buna baxmayaraq, telefona xarici nömrədən zənglər müəyyən fəsad yarada bilər:

“Xarici zənglər ödənişli ola, o zaman da sizin telefon hesabınızdan məbləğ silinə bilər. Hətta xarici zəngi açıb danışdığınız zaman səsinizi qeyd edib, sonra həmin səsə uyğun süni intellekt vasitəsi ilə mətn yarada və təhlükəli məqsədlərlə istifadə edə bilərlər. Zəng Vatsap, ya da Teleqram vasitəsilə gələrsə, zəngi açdığınız anda kibercinayətkarlar sizinlə əlaqə yaratmış olacaqlar. Ardınca sizə içində keçid olan mesaj göndərərək, bu keçid vasitəsilə harasa daxil olmağınızı istəyə bilərlər. Məhz həmin zaman həqiqətən də telefonunuzdan ciddi məlumat oğurluğu baş verə bilər”.

Ekspert bu məqamları nəzərə alaraq, şübhəli nömrələrdən gələn zənglərə cavab verməməyin, şübhəli mesajlar göndərən hesabları şikayət edib, bloklamağın daha məsləhətli olduğunu bildirb.

Xatırladaq ki, son günlərdə xarici vətəndaşlar bank kartlarından müxtəlif kiber-üsullarla oğurluq edilir. DİN məsələ ilə bağlı vətəndaşları şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə qarşı diqqətli olmağa çağırıb.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00