Fransa Fələstini dövlət kimi tanımağa hazırlaşır – Makron

Fransa çox güman ki, bu yay Fələstini dövlət kimi tanıyacaq.

Fransa prezidenti Emmanuel Makron bunu “Fransa 5” telekanalana açıqlayıb.

“Məqsədimiz iyun ayında Səudiyyə Ərəbistanında keçiriləcək konfransda bir sıra ölkələrlə qarşılıqlı tanınma proseslərini başa vurduğumuzu elan etməkdir”, – prezident Makron bildirib.

Qeyd edək ki, Fransa prezidenti ötən il bəyan etmişdi ki, Fransa Fələstinin müstəqilliyini tanımağa hazırdır və bu tanınma barədə açıqlama da lazımi vaxtda verilməlidir.

Ötən ilin mayında İrlandiya, İspaniya və Norveç artıq Fələstini müstəqil dövlət kimi tanıyıb.

Related posts

Ankaradan İrəvana mesaj: Paşinyan Konstitusiya dəyişikliyinə söz verib!

Ombudsmana daxil olan müraciətlərin STATİSTİKASI

Putin Trampın elçisini qəbul edəcək