420
Gəncə şəhərində müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı araşdırma aparılır, ekspertiza təyin edilib.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan bildirilib ki, məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Müvafiq ekspertiza təyin olunub.
“Ekspertiza rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, – cavabda bildirilib.