Ana səhifə XəbərlərCəmiyyət Laborant işləmək istəyənlərin NƏZƏRİNƏ

Laborant işləmək istəyənlərin NƏZƏRİNƏ

admin

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində laborant vəzifəsinə işə qəbul üzrə müsabiqəyə müraciətlərin çoxluğu nəzərə alınaraq qeydiyyat müddəti uzadılıb.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, müraciət etmək istəyən şəxslər 10 aprel 2025-ci il saat 15:00-dan 11 aprel 2025-ci il saat 15:00-dək qeydiyyat linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeyd edilib ki, BŞTİ-nin rəsmi saytında 18.03.2025-ci il tarixində laborant vəzifəsinə işə qəbul müsabiqəsinə dair təqdim olunan link vasitəsilə qeydiyyatdan keçən şəxslərin yenidən müraciət etməsinə ehtiyac yoxdur.

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə müsabiqəyə dair məlumatla tanış ola bilər.

Müsabiqə üzrə ümumi məlumat

https://baku.edu.gov.az/az/page/228/7645

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00